Lobya paştetindən rulet resepti

Lobya paştetindən rulet resepti
Yeməklər
10.09.2017 22
Tərkibi:

Xəmir:


100 q kərə yağı və ya marqarin

100 q xama

1 yumurta

2 st. un (500 q)

2 ç.q. qabartma tozu

1 çimdik duz



İç:

100 q salyami

1 qabaq

1 badımcan

3 diş sarımsaq



Üzərinə:

100 ml qaymaq

3 yumurta

duz

ədviyyat

bərk pendir



Hazırlanması:

Yağı əridin, yumurta və xamanı əlavə edin. Az-az qabartma tozu və duzla qarışdırılmış un əlavə edin. Yumşaq xəmir yoğurun.



Xəmiri 24-26 sm diametrli siniyə döşəyin. Kənarlarını qaldırın. İçində xəmir olan formanı soyuducuya qoyun.



Xəmir soyuyanadək içi hazırlayın.



Qabaq və badımcanı 0,5 sm qalınlıqda fal-fal doğrayın. Bitki yağında hər iki üzünü qızardın (yarımbişmiş olsun). Duz vurun.



Salyamini xırda doğrayın.



Qaymaqla yumurtaları qarışdırın, duz və ədviyyat əlavə edin. Yaxşıca qarışdırın.



Qabaq və badımcan dilimlərini, salyamini xəmirin üzərinə dairəvi şəkildə növbələməklə düzün. Xırda doğranmış sarımsaq səpin. Yumurta-qaymaq qarışığını üzərinə tökün, sürtgəcdən keçirilmiş pendir səpin. Sobada 35-40 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!