Maakuda - badımcanlı omlet resepti

Maakuda - badımcanlı omlet resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:

1 badımcan

2 yumurta

1 baş soğan

1 diş sarımsaq

cəfəri

duz

ədviyyat (zirə, karri, qara istiot) - istəyə görə

2 x.q. bitki yağı

1/4 limon



Hazırlanması:

Badımcanı yuyub qurulayın. Qabığını təmizləmədən bir neçə yerdən çəngəllə deşin, sobada hazır olanadək bişirin.

Hazır badımcanı soyudun, qabığını soyun, lətini çəngəllə əzin.

Soğanı nazık doğrayın, sarımsağı əzin.



Tavada 1 x.q. bitki yağını qızdırın. Soğanı qızılı rəng alanadək qovurun, sonra əzilmiş sarımsaq əlavə edərək 1 dəqiqə qovurun.



Yumurtaları çəngəllə yüngül çalın. Cəfərini xırda doğrayın.



Yumurtaya duz və ədviyyət vurun. Sonra badımcan, soğan-sarımsaq, cəfəri və yumurtanı qarışdırın.



Tavaya 1 x.q. bitki yağı töküb qızdırın, yumurtalı-badımcanlı qarışığı töküb tavanın qapağını örtün, vam odda 10 dəqiqə bişirin.



Sonra qapağını açın, tavanı 190 dərəcə qızdırılmış sobaya qoyub 5-7 dəqiqə, hazır olanadək bişirin.



Hazır maakudanı 6 yerə bölün.



Süfrəyə verərkən yanına limon dilimləri düzün.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!