Xəmiraşı resepti

Xəmiraşı resepti
Yeməklər
10.09.2017 35
Tərkibi (8 pay):

1,5 kq ət

1,5 l bulyon

300 q bişmiş lobya

300 q soğan

duz

istiot



xəmir:

2 st. un

1 yumurta

aparan qədər su

duz



sous:

2 diş sarımsaq

100 q sirkə



Hazırlanması:

Əvvəlcə soğanı sürtgəcdən keçirin, duz və istiotla birgə çəkilmiş ətə əlavə edib qarışdırın. Farşdan kiçik küftəciklər tutun. Böyük qazanda su qaynadın. Su qaynamağa başlayanda duz qatın, küftəcikləri içinə töküb qarışdırın. Küftələrin üzərinə yığılmış kəfi yığdıqdan sonra tam bişməsini gözləyin. Təxminən 30 dəqiqə qaynayır.



Həmin müddətdə əriştə hazırlayın. Bunun üçün una yumurta, duz və su əlavə edib adi qaydada xəmir yoğurun. Kündə halına salıb nazik yuxa yayın. Yuxanı xeyli unlayıb oxlova bükün. Oxlovu burulmuş yuxanın içindən çıxarıb iti bıçaq vasitəsilə nazik əriştə kəsin.



Təxminən 30 dəqiqə keçdikdən sonra küftəciklər qaynayan qazana əvvəlcədən bişirib süzdüyünüz lobyanı əlavə edin. Sonra şorbanı qarışdıra-qarışdıra kəsdiyiniz əriştələri də üzərinə tökün. 15-20 dəqiqə qaynasın.



Keşniş və ya zövqünüzə uyğun digər göyərtini xırda-xırda doğrayıb üzərinə səpin. Sonda xörəyin dadına baxıb yetərincə duzunu-istiotunu əlavə edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!