Toyuqlu pamidor şorba resepti

Toyuqlu pamidor şorba resepti
Yeməklər
10.09.2017 63
Tərkibi:

500 qr toyuqun döş əti

5 su stəkanı su

3 yemək qaşığı un

3 yemək qaşığı kərə yağı

1 çay stəkan krem

3-4 ədəd pomidor

3 yemək qaşığı tomat pastası

Duz, qara bibər

 

Üzəri üçün:

4-5 dilim tost çörəyi

3 yemək qaşığı duru yağ

2 yemək qaşığı rəndələnmiş  pendir



Hazırlanması:

Toyuqun döş ətini suda qaynadın sonra isə soyudun. Ətləri didərək qaba qoyun. Yemək qazanına un və kərəyağını qoyaraq un saralana qədər qovurun. Üzərinə toyuqu, qaynatdığınız suyu əlavə edin. Daha sonra kremi əlavə edin. Pomidorların nüvələrini çıxardaraq blendirdən keçirin. Pomidoru tavaya qoyaraq tamat əlavə edin. Pomidorun iyisi gedənə qədər bişirin. Daha sonra şorbaya yavaş-yavaş qarışdıraraq əlavə edin. Qaynadıqdan sonra duz və qara bibəri əlavə edin. Tost əlavə edərək üzərinə duru yağ sürtdükdən sonra qara bibər səpin. Kub şəklində kəsərək soba nimçəsinə yerləşdirin. qızarana qədər bişirin. Şorbanı təqdim edəcəyiniz qabı götürün. Üzərinə toyuq ətlərini, qızarmış çörəkləri və  pendirindən səpərək süfrəyə təqdim edin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!