Armud küftə resepti

Armud küftə resepti
Yeməklər
10.09.2017 13
Tərkibi:

(12 nəfərlik)

12 dənə kiçik badımcan

2 dilim bayat çörək

1 dənə sümüksüz toyuq filesi

1 dənə yumurta

2 dənə qaynadılmış kartof

6 dənə orta boy pomidor

3-4 şorba qaşığı kərəyağı

duz və qara bibər

 

Hazırlanması:

Tayuğun döş ətini robotdan keçirin. İçinə qaynadılmış kartofları sürtgəcdən keçirin, xırdaladığınız çörək parçalarını, yumurta, duz və qara bibəri əlavə edin. Yaxşıca yoğurduqdan sonra 12 hissəyə ayırın.

Badımcanların saplarını kəsmədən qabıqlarını tamamilə soyun və qızğın yağda qızardın. Badımcanları, sapı çöldə qalacaq şəkildə hazırladığınız döş əti ilə bükün. Pomidorları rəndələyin və kərəyağında qovurun. Daha sonra pomidor sousunu bir soba nimçəsinə töküb, üzərinə badımcanları yerləşdirin. 250 dərəcə sobada 15 dəqiqə bişirin.


 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!