Badımcanlı qazan kababı resepti

Badımcanlı qazan kababı resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:

5 ədəd orta boy badımcan

300 qram yağsız qıyma

3-4 diş sarımsaq

1 ədəd iri boy soğan

1 şorba qaşığı sous

2 ədəd orta boy pomidor

5-6 ədəd acı biber

Duz

istiot

Kimyon

Yarım çay stəkanı maye yağ



Hazırlanması:

Badımcanları alacalı soyub yarıdan kəsirik. Acı suyunu çıxarırıq və iki tərəflərindən ortaya uzanan kəsiklər açırıq (Sandviç çörəyi kimi.) Qıymanın içinə döyülmüş sarımsaqları, rəndələnilmiş soğanı, ədviyyatları, duzu əlavə edib yoğuraq. Badımcanların kəsiklərinə qıymalı içliyi qoyuruq. Badımcanların aralarındakı boşluqlara bibərləri düzürük. Badımcanları yastı bir qazana düzürük. Rəndələnilmiş pomidorları maye yağda 3-4 dəqiqə qovururuq. Sousu əlavə edib bir neçə dəfə çevirərək döyülmüş sarımsaqları əlavə edək. Badımcanların üzərinə gəzdirdikdən sonra bağlı olaraq və çox aşağı atəşdə badımcanlar yumşalana qədər bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!