Zeytun yağlı pomidor dolma resepti

Zeytun yağlı pomidor dolma resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

12 ədəd orta pomidor

1 su stəkanı düyü

4 ədəd quru soğan

2 ədəd qənd

1 çay qaşığı un

2 xörək qaşığı quş kişmiş

2 xörək qaşığı doğranmış şüyüd

1 çay stəkanı zeytunyağı



Hazırlanması:

Əvvəl quru soğanı incəcik kəsib, 1 xörək qaşığı zeytun yağı ilə orta atəşdə saramtıl rəngə çalana qədər  qızardın.

Üzərinə, 10 dəqiqə qədər ilıq suda gözlətdiyiniz və süzdüğünüz, düyünü əlavə edin.

Duz , qənd, qalan zeytunyağı, incə doğranmış şüyüd və kişmişidə də əlavə edib qarışdırın.

Dolmanın içi hazırdır.

Pomidorların sərt olmasına diqqət yetirin.

Yaxşıca yuyub, üstdən qapaqlar şəklində kəsin.

İçini oyub, suyunu axıdın.

Dolmanın içalatını pomidorlara doldurun, dolmaları qazana düzün.

Pomidor qapaqlarını bağlayıb, 2 su stəkanı isti su qoyun.

Batıq atəşdə 30 dəqiqə qazanın qapağını açmadan bişirin.

Dolma parlaq olmasını istəyirsinizsə qapağı bağlı soyudun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!