Balıq kreker resepti

Balıq kreker resepti
Yeməklər
10.09.2017 21
Tərkibi:

220 q pendir (çedder tipli)

4 x.q. kərə yağı

1 st. un

3/4 ç.q. duz

2 x.q. soyuq su



Hazırlanması:

Hazır formanız yoxdursa, alüminium bankadan krekerləri kəsmək üçün balıq forması düzəldin (başqa forma da olar).

Pendiri sürtgəcdən keçirin. Yağı kubik doğrayın.

Blenderdə pendiri, unu, otaq temperaturunda olan yağı və duzu xırda ovuntuq halına gələnədək qarışdırın.

Su əlavə edib yenə qarışdırın.

Xəmiri toparlayıb qida plyonkasına büküb 20 dəqiqə soyuducuda saxlayın.

Soyumuş xəmiri nazik yayın, forma ilə krekerləri kəsin.

Siniyə perqament döşəyin, krekerləri düzün.

Krekerləri 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Soyudun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!