Kartof mantı resepti

Kartof mantı resepti
Yeməklər
10.09.2017 31
Çayın yanında təqdim edə biləcəyiniz kartof mantısını ofisə də götürərək iş yoldaşlarınızı sevindirə bilərsiz.

İstəsəniz, üstünə pomidor sousu da əlavə edə bilərsiz.Fərqli
dadı olan kartof mantısının hazırlanma qaydasını təqdim edir.



Tərkibi:

5-6 ədəd kartof

Cəfəri

1 kasa qatıq

2 diş sarımsaq

1 çay qaşığı tomat



Hazırlanması:

Kartofları yaxşıca yuyub qaynamaq üçün qazana qoyun. Qaynadıqdan sonra
qabığını soyub çəngəllə yaxşıca əzin. Sonra kartofun içinə doğranmış
cəfərini əlavə edin. İstəyə görə duz, istiot və qırmızı bibər əlavə
edin. Yaxşıca qarışdırın. Qoz şəklində tikələr götürüb stəkan formasında
şəkilləndirin. Başqa qabda qatığın içinə əzilmiş sarımsaqları əlavə
edib qarışdırın. Kartofların içini qatıqla doldurun. Tavada kərə yağında
tomatı bir az qarışdırdıqdan sonra kartofların üzərinə əlavə edin və
süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!