Gül formasında ətli piroq resepti

Gül formasında ətli piroq resepti
Yeməklər
10.09.2017 35
Tərkibi:

 

içlik üçün:

çəkilmiş ət ( zövqə görə mal əti, qoyun əti, toyuq və ya hinduşka) - 500 qr

 soğan-1 ədəd

sarımsaq - 1 diş

bulyon - 100 ml

kərə yağı - 140 qr

yumurta - 1 ədəd ( ağı içliyə, sarısı üzərinə)

 duz

qirmizi və qara istiot

 

xəmir üçün:

süd- 125 ml

qatıq-125 ml

maya- 1 ç/q

şəkər- 1 x/q

duz - 1 ç/q

 yumurta-1 ədəd

un - 500 qr

duru yağ -6 x/q

 

Hazırlanması:

Xəmir üçün - südün üzərinə maya və şəkər əlavə edib 15-20 dəqiqə mayanın qalxması üçün isti bir yerə qoyuruq. Maya qalxandan sonra üzərinə qatıq, duz və duru yağı əlavə edib yaxşıca qarışdırırıq. Unu ələyirik və qarışığa əlavə edib yumşaq xəmir yoğururuq. Üzərinə selofan səririk və örtüb təxminən 1 saat acıması üçün isti yerə qoyuruq.

 

Xəmir acıyana qədər içliyimizi hazırlayaq. Xırda doğranmış soğanı bir az qovururuq, üzərinə bulyonu, duz və istotu, xırda doğranmış sarımsağı əlavə edirik. Çəkilmiş əti bir yumurtanın ağı ilə qarışdırıb soğanın üzərinə əlavə edirik və suyu çəkilənə qədər bişiririk.

 

 Acımış xəmiri iki yerə bölürük və bir hissəsini selofanla qurumaması üçün örtürük.

Soba qabını duru yağ ilə yağlayırıq, dibinə soba üçün  kağız (kalka)  qoyuruq və kağızı da yağlayırıq. Yaxşı olar ki, soba qabı böyük olsun.

Xəmiri 3-4 mm qalınlığında yayırıq və stəkan vasitəsi ilə dairələr kəsirik. İkinci xəmiri və kənarlardan çıxan xəmiri kündələyib eyni qayda ilə kəsirik. Hazır dairələrin üzərinə çay dəsmalı səririk ki, qurumasın. Sonra dairələrdən birini götürüb içlikdən qoyuruq. Sonra şəkillərdəki kimi bükürük.

 





 

Daha sonra qabın içərisinə kənarlardan başlayarq ortaya doğru səliqə ilə gül formasında düzürük.

 





 

20-30 dəqiqə dinlənməyə qoyuruq. Sonra saxladığımız 1 yumurtanın sarısını 1 x/q süd ilə qarışdırırıq və piroqun üzərinə çəkirik.  Əvvəlcədən 180C dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişiririk. Bişməyə hardasa 15 dəqiqə qalmış dərəcəni 175C-yə endiririk. Hazır piroqun üzərinə ərimiş kərə yağı çəkirik və 15 dəqiqə dəsmala büküb gözləyirik. Piroq yumşaq, dadlı və gözəl alınacaq.

 

Nuş olsun!

 

P.S: reseptdə içliyə holland pendiri də əlavə olunmuşdu. Dairələrin üzərinə hazır qiymə qoyulandan sonra sürtgəcdən keçirilmiş pendir də əlavə olunmuşdu. Mən holland pendiri sevmədiyim üçün istifadə etmədim. Sevənlər istifadə edə bilər..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!