Meksika salatı resepti

Meksika salatı resepti
Yeməklər
10.09.2017 39
Tərkibi:

2 pomidor

0,5 banka qırmızı lobya konservi

1/3 banka qarğıdalı konservi

2 bolqar bibəri (fərqli rənglərdə)

1 baş soğan

0,5 ç.q. limon şirəsi

2 x.q. zeytun yağı

1 diş sarımsaq

cəfəri

şüyüd

reyhan

duz



Hazırlanması:

Pomidor və bolqar bibərini kubik doğrayın. Soğanı xırda doğrayın. Sarımsağı əzin. Əgər onun iyinin və dadının güclü olmasını istəmirsinizsə, o zaman nazik, lay-lay doğrayın. Göyərtini doğrayın. Konservləşdirilmiş tərəvəzin suyunu süzün.

Bütün ərzağı bir qabda qarışdırıb duzlayın. Limon şirəsi və bitki yağını qarışdırın. Salatı boşqablara çəkin, üzərinə limonlu-yağlı sous gəzdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!