Portuqal kaldeyradası resepti

Portuqal kaldeyradası resepti
Yeməklər
10.09.2017 39
Tərkibi:

500 q cod balığı (treska)

2 diş sarımsaq

1 bolqar bibəri

1 baş soğan xırda doğranmış

4-5 ortaboy kartof

2 böyük pomidor

150 q göy lobya

3 x.q. zeytun yağı

1 fincan su və ya balıq bulyonu

dəfnə yarpağı

1 çimdik zəfəran və ya sarıkök (rəng üçün)

cəfəri

duz istiot



Hazırlanması:

Qalın dibli qazanda zeytun yağını qızdırın, orta itilikli odda xırda doğranmış soğanı və əzilmiş sarımsağı təxminən 4 dəqiqə qızardın. Kubik doğranmış pomidoru, bolqar bibərini əlavə edib 5 dəqiqə qovurun.



İri doğranmış kartofu, bulyonun, yaxud suyun yarısını, dəfnə yarpağını, bir çimdik zəfəran və ya sarıkök əlavə edib qazanın qapağını örtün. Vam odda 10 dəqiqə bişirin.



Yeməyin mayesi azalarsa, suyun və ya bulyonun qalanını da əlavə edin, iri doğranmış yaşıl lobyanı, doğranmış balığı əlavə edib daha 10 dəqiqə bişirin.



Sonda doğranmış cəfəri əlavə edin.



Hazır şorbanın üzərinə qırmızı, yaxud qara istiot səpə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!