Sobada tərəvəzli, toyuqlu düyü resepti

Sobada tərəvəzli, toyuqlu düyü resepti
Yeməklər
10.09.2017 40
Tərkibi: 1 stəkan düyü

1 stəkan gül kələm çiçəyi

1 stəkan brokoli kələm çiçəyi

1 ədəd qırmızı dolmalıq bibər

1 ədəd soğan

4-5 ədəd yaşıl noxud

1 ədəd kök

3 xörək qaşığı duru yağ

1 şorba kasası didilmiş, qaynamış toyuq əti

2 ədəd yumurta

duru yağ

duz

istiot



Hazırlanması:

Duzlu bol suda düyü qaynadılır, süzülür və soyuması gözlənir. Bir tavada
duru yağ isidilir və bütün tərəvəzlər doğranıb çox əzilməmək şərtilə
yağda bişirilir, duz, istiot əlavə edilir və kənarda soyudulur.

Geniş bir qabın içinə düyü, qaynamış toyuq və tərəvəzlər qatılır, üzərinə yumurta əlavə edilib içlik kimi qarışdırılır.

Tava kimi orta ölçüdə qazanın içinə qarışımı töküb üzərindən basılır və
yağ əlavə edilərək 200-210 dərəcədə üstü qızarana kimi 40 dəqiqə
bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!