Göbələkli kasserol resepti

Göbələkli kasserol resepti
Yeməklər
10.09.2017 26
Tərkibi: 1 kq göbələk (meşə göbələyi, dondurulmuş, yarısını şampinyon da götürmək olar)

200 q motsarella

80 q parmezan (yaxud digər bərk pendir)

200 ml 10%-li qaymaq

1 budaq rozmarin

0,5 əd. çili istiotu

3-4 diş sarımsaq

3-4 baş soğan

2-3 x.q. zeytun (bitki) yağı

50 q kərə yağı

qara istiot

duz



Hazırlanması:

Tavaya 2-3 x.q. zeytun yağı tökün, xırda doğranmış sarımsaq, çili
istiotu əlavə edib yarım dəqiqə qovurun, yarımhalqa doğranmış soğan,
rozmarin yarpaqları əlavə edib soğan qızılı rəng alanadək qızardın.



Göbələklərin donunu mikrodalğalı sobada açın.



Göbələkləri soğana əlavə edib tam hazır olunca bişirin (qızarmalıdır).
Kərə yağı əlavə edin. Əriyəndən sonra qarışdırıb ocağı söndürün.
Göbələyi odadavamlı qaba qoyun, doğranmış motsarella pendiri əlavə edin,
qaymaq tökün və 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.



Hazır olmazdan 5 dəqiqə əvvəl sürtgəcdən keçirilmiş parmezan səpib
yenidən sobaya qoyun. Üzəri qızaranda götürün (təxminən 5 dəqiqə).



Süfrəyə ayrıca, yaxud qarnirlə (məsələn, sobada bişmiş kartof) verə bilərsiniz.



(Sobada kartof: kartofu təmizləyib duzlu suda bişirin, qaynayandan sonra
5-7 dəqiqə bişsin, sonra suyunu süzün. Quru kartofu siniyə düzün, duz,
istiot, ədviyyat vurun, çoxlu bitki yağı gəzdirin, 200 dərəcə
qızdırılmış sobada qızaranadək bişirin. Hazır olandan sonra üzərinə
xırda doğranmış sarımsaqla cəfəri səpin, qarışdırın).



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!