Pendirli bulka resepti

Pendirli bulka resepti
Yeməklər
10.09.2017 31
Tərkibi: 250 q qauda pendiri

1 dolu ç.q. quru maya

2 x.q. şəkər tozu

0.5 ç.q. duz

250 ml isti su

2 x.q. bitki yağı

3-3.5 st. un



Hazırlanması:

Suda şəkər tozu və mayanı həll edin. 10 dəqiqə saxlayın. Duzu və unun
yarısını əlavə edin, qarışdırıb yağ tökün. 150 q sürtgəcdən keçirilmiş
pendir əlavə edin. Az-az un qataraq xəmir yoğurun.



Xəmirin üzərini örtüb 1,5 saat isti yerdə saxlayın.



Bu müddətdən sonra xəmiri bir dəfə ətləyin.



Siniyə perqament döşəyin.



Əlinizi bitki yağına batırıb xəmirdən 12 kündə tutun. Siniyə aralı-aralı
düzün. 15-20 dəqiqə saxlayın, sonra üzərinə sürtgəcdən keçirilmiş
pendirin qalanını səpin.



200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, hazır olanadək bişirin.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!