"Şubalı" döymə kotlet resepti

Yeməklər
10.09.2017 12
Tərkibi: 400 q toyuq əti

150-200 q şampinyon

100 q bərk pendir

1 baş soğan

1 dəstə cəfəri

3 kartof

2 yumurta

1 st. un

duz, istiot

bitki yağı



Hazırlanması:

Əti tikələrə bölüb (4 ədəd) hər iki üzünü döyün. Duz, istiot vurun.

İç: Göbələk və soğanı kubik doğrayıb yarımbişmiş hala gələnədək qovurun.
Pendiri sürtgəcin iri gözündən keçirin. Cəfərini xırda doğrayın.
Göbələk, soğan, pendir və göyərtini qarışdırın, duz, istiot əlavə edin.
Qaynar kütlədə pendir əriyəcək.



İçi ətin içinə qoyub ona oval forma verin.



Kotletləri əvvəlcə una, sonra yumurtaya batırın.



Kartofu sürtgəcdən keçirin. Yumurtaya batırdığınız kotletləri sürtgəcdən keçirilmiş kartofa bükün.



Qaynar yağda hər iki üzünü qızardın. Qızarandan sonra daha 5-10 dəqiqə mikrodalğalı sobada bişirin.



Üzərini mayonezlə bəzəyin. Süfrəyə tərəvəz və göyərti ilə verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!