Türk mətbəxindən: İskəndər kababı resepti

Türk mətbəxindən: İskəndər kababı resepti
Yeməklər
10.09.2017 35
Tərkibi:

- 1 paket hazır dönər;

- 1 stəkan yoğurt;

- 5 ədəd pomidor;

- 1,5 yemək qaşığı tomat;

- 1 ədəd qırmızı soğan;

- 3 qaşıq kərə yağı;

- 4-5 ədəd pidə.



Hazırlanması:

Pidələri kvadrat şəklində doğrayın. Tavaya 1,5 qaşığı kərə yağı töküb
qızdırın, pidələri əlavə edib, rəngi azca dəyişənə qədər o üz-bu üzə
çevirin. Məcməyiyə pidələri yerləşdirdikdən sonra qalan yağı da tavaya
töküb əridin. Hazır dönəri tavada bir az çevirdikdən sonra üzərinə
sürtgəcdən keçirilmiş pomidoru və tomatı əlavə edin. Qaynamağa
başladıqdan sonra ocaqdan götürün. Souslu dönəri pidələrin, yoğurtu da
dönərin üzərinə yayıb, göyərtilərlə birlikdə süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!