Ətsiz makaron piroqu resepti

Ətsiz makaron piroqu resepti
Yeməklər
10.09.2017 14
Beşamel sousu avropa mətbəxində bir neçə xörəyin hazırlanmasında istifadə olunur. Əsasən süddən və ru-dan (ərinmiş kərə yağı və unun qarışığı) hazırlanır.



Tərkibi:

50 q makaron

10 q kərə yağı

10 q un

1/2 st süd

10 q pendir

3 q duz

15 q suxarı



Sous üçün:

5 q un

5 q kərə yağı

1/4 - 1/2 st. ət suyu və ya süd

yumurta



Hazırlanması:

Makaronu duzlu qaynar suda bişirin. Tavaya kərə yağı, sonra bir qədər bişmiş makaron düzün. Üzərinə beşamel sousu gəzdirin. Bir neçə sıra bu əməliyyatı təkrar edin. Axırıncı layın üzərinə sous tökün və sürtgəcdən keçirilmiş pendir səpin. Üzərinə yağ və suxarı qoyaraq sobada qızaranadək bişirin.



Beşamel sousu üçün: unu tavada qurudun. Soyudun, sonra qazançaya tökün, üstünə süd töküb qarışdırın. 30 dəqiqə saxlayın. Qarışdırın. 10-15 dəqiqə, qarışdıra-qarışdıra və sous çox qatılaşarsa, süd əlavə edərək qaynadın. Yağ adətən süfrəyə verilən zaman əlavə olunur. Amma ocaqdan götürəndən sonra da qarışdırmaq olar. Bəzən yumurtanı bişirir, xırda doğrayır, sousu ayrılıqda süfrəyə verərkən içinə qatırlar. Həmçinin çiy yumurtanı 1 ç.q. qaymaq və 1 ç.q. limon şirəsi ilə qarışdırıb qaynayan sousa əlavə edirlər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!