Spagetti və badımcandan timballini resepti

Spagetti və badımcandan timballini resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

300 q nazik spagetti

1 iri badımcan

1 banka (400 q) pomidor konservi (öz suyunda)

200 q Adıgey pendiri

30 q parmezan

30 q sidr qozası

4 ədəd gündə qurudulmuş pomidor

reyhan

1 ç.q. şəkər tozu

1 baş soğan

Zeytun yağı

duz



Hazırlanması:

Badımcanı nazik doğrayıb üzərinə duz səpin. 15 dəqiqə sonra yuyun, sıxın, yağda hər üzünü 1 dəqiqə olmaqla qızardın. Kağız salfetin üstünə qoyun ki, yağını çəksin.



Soğanı doğrayın, 3 x.q. yağda 5 dəqiqə bişirin. Pomidor, reyhan, şəkər tozu və 1 çimdik duz əlavə edin. Tavanın qapağını örtüb vam odda 20 dəqiqə bişirin.



Alınan sousu blenderdə xırdalayın, soyudun. Sidr qozasının tumlarını quru tavada 1 dəqiqə qovurun.



Spagettini qablaşdırmasının üzərinə göstərilən qaydada bişirin. Soyuq axar suyun altında soyudun. Aşsüzəndə suyunun tam çəkilməsini gözləyin. Sonra sous və sürtgəcdən keçirilmiş pendirlə qarışdırın.



Adıgey pendirini nazik laylara doğrayın.



Gündə qurudulmuş pomidorları xırda kubik doğrayın.



7-8 sm diametri olan formaları yağlayın.



Hər birinin dibinə səliqə ilə Adıgey pendiri qoyun. Üzərinə spagettinin üçdə birini quş yuvası formasında qoyun. Üzərinə sidr qozası səpin, bir lay pendir qoyun, bunun üzərinə gündə qurudulmuş pomidor və qızardılmış badımcan qoyun.



Qalan spagettinin yarısını qoyun, üzərinə sidr qozası, pendir, pomidor və badımcan düzün. Spagettinin qalanını düzün (qalan inqredientlərin üzərini tam örtməlidir).



180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Süfrəyə verərkən formaları boşqaba tərs çevirin. Badımcanın qalanı, reyhan və sidr qozası ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!