Qaraciyər pirojna resepti

Qaraciyər pirojna resepti
Yeməklər
10.09.2017 23
Tərkibi: 500 q qaraciyər (istənilən)

1 yumurta

1 soğan

1 yerkökü

1 diş sarımsaq

0,5 ç.q. mərzə (mayoran)

3 x.q. un

duz, istiot



iç:

1 yerkökü

1 soğan

1 diş sarımsaq

şüyüd, göy soğan

duz, istiot

xama

mayonez



Hazırlanması:

Qaraciyərlə soğanı maşından keçirin, yerkökünü sürtgəcin iri gözündən
keçirin, yumurta, mərzə, duz, istiot əlavə edin. Yaxşıca qarışdırın.
Tavada yağı qızdırın. Qarışıqdan qaşıqla götürüb qaynar yağa qoyun, azca
yayın, hər iki üzünü qızardın.

İç: yerkökünü sürtgəcin iri gözündən keçirin, soğanı kubik doğrayın,
qovurun. Xama, əzilmiş sarımsaq, duz, istiot vurun, qarışdırın.



Bir "kotlet" götürüb üzərinə iç qoyun, azca doğranmış göy soğan səpin,
ikinci "kotleti" üzərinə qoyub mayonez və şüyüdlə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!