Paşot resepti

Paşot resepti
Yeməklər
10.09.2017 16
Əlbət, Gürcüstanda soyutma yumurta sifariş verən turistin lətifəsi yadınızdadır. Aşpazlar bu yumurtanı necə istiotlamaq lazım olduğunu çox düşünmüşdülər.

Çıxış yolu isə deyəsən, tapılıb.



Paşot yumurta - kisədə olan yumurta deməkdir. Onu müxtəlif üsullarla hazırlayırlar. Yumurtanın sarısı maye halda qalsın deyə onu soyuducuda uzun müddət saxlamaq, 3-10 dəqiqə (istəyə görə) bişirmək lazımdır.



Tərkibi:

yumurta

duz

istiot

göyərti

qida plyonkası

sap

mil (milçə, qarmaq)



Hazırlanması:

Bir fincanın içinə qida plyonkası döşəyin. Bitki yağı ilə yağlayın. Bu, yumurtanın yapışmaması üçündür.



Yumurtanı bu fincanın içinə qırın. Duz, istiot vurun. Plyonkanın qıraqlarını büzün, iplə boğça kimi bağlayın. Çalışın, içində boşluq qalmasın. İpi milə (milçəyə) keçirin.

Qazançanın 1/4-i qədər içinə su tökün. Ocağın üzərinə qoyun. Qabarcıqlar çıxmağa başlayanda yumurta keçirdiyiniz mili qazanın üstünə qoyun. Yumurta suya düşməməlidir. O, qaynayan suyun üzərində bişməlidir. Qazanın qapağını örtüb yumurtanı 5-7 dəqiqə buxarda bişirin.



Hazır olanda yumurtanı buz kimi suyun içinə salın, sonra isə plyonkanı ehtiyatla çıxarın. Əgər yumurtanı düzgün hazırlamısınızsa, o zaman yumurtanın sarısı maye halında qalacaq.



İstəyə görə paşot yumurtanın içinə xırda doğranmış tərəvəz, göyərti, pendir, hətta kolbasa və ya vetçina da əlavə etmək olar.



Paşot yumurtanı, adətən, başqa yeməklərin tamamlayıcısı kimi hazırlayırlar, məsələn, bulyonun içinə salır, yaxud «Sezar» salatı ilə birlikdə süfrəyə verirlər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!