Bağban kababı resepti

Bağban kababı resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

Doğranmış ət (600 qram)

Qırmızı soğan (150 qram)

Kərə yağı (60 qram)

Noxud (150 qram)

Kök (150 qram)

Duz (1 şirin qaşığı)

Pomidor (200 qram)

Balqabaq (150 qram)

Paxla (150 qram)

Şüyüd (1 dəstə)

Dolma bibəri (50 qram)

Ədviyyatlar (istəyə görə)

Su (2 yarim stəkan).



Hazırlanması:

Bağban kababımızı etməyə başlarkən ilk olaraq soğanlarımızı yuyub, doğrayırıq.

Bu əməliyyatın ardından köklərin qabıqlarını soyuruq və kiçik parçalar halında doğrayırıq.

Pomidorları da yüngül iri parçalar halında qabıqsız doğrayaraq, davam edirik. Paxlaları da doğrayırıq.

Sonra bibərlərin içlərini çıxarıb, böyük parçalar halında doğrayırıq.

Sonra isə şüyüdü xırda-xırda əzirik. Daha sonra isə kərə yağının yarsını qazana tökürük və içərisinə paxlanı, kökü və soğanları qoyuruq.

Bir neçə dəqiqədən sonra balqabaq və bibərləri də içərisinə yerləşdiririk, bir neçə dəqiqə daha keçdikdən sonra qazanı ocaqdan alırıq.

Yağın geri qalanını bu dəfə böyük bir qazan içərisində əridirik və qızarmağa başladığı zaman əti içərisinə tökürük.

Yüksək odda bişirməyə başlayırıq və pomidorları da əlavə edirik və yenə bir neçə dəqiqə ərzində bu şəkildə bişiririk.

Bişirdiyimiz ətin içərisinə duzumuzu, göyərtiləri və istədiyimiz ədviyyatları da qatdıqdan sonra hazır olan suyumuzu da içərisinə tökür, çox qısa bir müddət qaynadıqdan sonra az odda bişirməyə davam edirik.

Suyun üzərində yığılan köpükləri də təmizləmək lazımdı. Ətlər bişdikdən sonra yeməyimiz hazırdır...



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!