Özbək mətbəxi: Guştnut resepti

Özbək mətbəxi: Guştnut resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

500 q mal əti (qoyun əti də olar)

400 q noxud

5 orta boy pomidor

1 baş soğan

ədviyyat



Hazırlanması:

Noxudu bir sutka əvvəldən soyuq suda islatmaq lazımdır. Sonra yuyub suyunu süzün.Həcmi 2-3 dəfə artacaq.

Əti "quşbaşı" doğrayıb ərinmiş yağda qıpqırmızı qızardın.

Pomidorların üzərinə qaynar su tökün.

Ətə noxudu əlavə edin, suyu çəkiləndən sonra, yağa düşəndə daha 5 dəqiqə qovurun.

Noxudun üzərinə çıxanadək su tökün. Qaynara düşəndən sonra qazanın qapağını örtün və vam odda 1 saat bişirin.

1 saat sonra:Pomidorun qabığını soyun. Kubik doğrayın. Qazana əlavə edin. Qarışdırın. Duz, qara və qırmızı istiot əlavə edin. Orta itilikli odda 20-30 dəqiqə (qapağı bağlı) bişirin. 2-3 diş sarımsağı əzib əlavə edin, ocaqdan götürün. Soğanı yarımhalqa doğrayın, soyuq suda yuyub azca sıxın, duz-istiot vurun. Xörəyi kasalara çəkib kənarına doğranmış soğan qoyun. Plov, yaxud digər qarnirlə də süfrəyə verə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!