Qarğıdalılı toyuq salatı resepti

Qarğıdalılı toyuq salatı resepti
Yeməklər
10.09.2017 40
Tərkibi:

1 balaca banka qarğıdalı.

100 q toyuğun döş əti.

100 q holland pendiri.

3 ədəd yumurta.

1 ədəd kök.

3-4 x.q mayonez.

Duz.

İstiot.

 

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişirib soyuyandan sonra doğrayırıq.

Kökü və yumurtanı suda bişiririk,və soyuyandan sonra təmizləyirik.Yumurtanı və kökü xırda kub şəklində doğrayırıq.Pendiri də kub şəklində doğrayırıq.Yumurtanı,kökü,pendiri,qarğıdalını(yuyub) və toyuq ətini bir qaba töküb qarışdırırıq.Daha sonra isə duz,istiot,və mayonez əlavə edib qarışdırırıq.(Pendir duzlu olsa duz tökməyin)

Salatı qaba töküb,zövqə görə bəzəyərək  süfrəyə veririk.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!