Toy (düğün) şorba resepti

Toy (düğün) şorba resepti
Yeməklər
10.09.2017 9
Qeyd edim ki, bu şorba türk mətbəxindəndir və əsasən toylarda (düğünlərdə) hazırlanır.



Tərkibi:

350-400 qr sümüklü ət,

1 kasa qatıq

3 xörək qaşığı un,

1 xörək qaşığı kərə yağı,

1 yumurta,

Qırmızı pul bibər,

Su

Duz.



Hazırlanması:

Əvvəlcə sümüklü ətimizi qazana qoyub qaynadırıq. Qaynatdığımız sümüklü ətimizi, sümüklərindən ayırıb didirik. Bir qabın içərisinə yumurtanı qırıb üzərinə unu, qatığı və bir kasa ət suyu əlavə edib yaxşıca çırpırıq. Bu qarışığı ət suyunun içərisinə qarışdıraraq tökürük. Sümüklərindən ayırdığımız və diddiyimiz əti əlavə edirik. Duzunu əlavə edib, şorba halına gələnə qədər qarışdırıraraqbişiririk.



Tava içərisinə kərə yağını qoyub əridirik. Kərə yağı yanmasın deyə bir az duru yağ da qatmaq olar. Üzərinə qırmızı pul bibəri tökürük.



Sonra şorbamızın üzərinə kərəyağlı qarışığı gəzdiririk. Toy şorbası hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!