Yaşıl şorba resepti

Yaşıl şorba resepti
Yeməklər
10.09.2017 57
Tərkibi:

Toyuq filesi – 250 q

Yumru düyü – 60 q

Kərə yağı – 150 1

Baş soğan – 1 ədəd

Kök – 2 ədəd

Kartof – 2 ədəd

Bolqar bibəri – 1 ədəd

Alça – 3-4 ədəd

Göyərti (keşniş, şüyüd, göy soğan, nanə) hərəsindən ½ dəstə

Qaynar su

Toyuq bulyonu – 1 ədəd

Xama

Duz, istiot



Hazırlanması:

Baş soğan, göyərti xırda, kartof, toyuq filesi, bibər kubvarı doğranılır, kök sürtgəcdən keçirilir.

Qazana kərə yağı əlavə edilir və əvvəlcə soğan qovrulur, daha sonra kök, bibər, toyuq filesi əlavə olunub yenidən qovrulur.

Qovrulmuş ərzaqların üzərinə qaynar su, bulyon , duz və istiot əlavə edilir.

Qaynayan bulyona düyü, kartof və axırda göyərti əlavə edilib bişirilir.

Şorbanın hazır olmasına yaxın alça əlavə olunur.

Şorba süfrəyə verilərkən üzərinə xama qoyulur.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!