Bandırma resepti

Bandırma resepti
Yeməklər
10.09.2017 2
Tərkibi:

3 ədəd çiy yuxa

1 toyuq döşü

125 q kərə yağı

1 st. qoz

5 st. su

duz



Hazırlanması:

Yuxalardan birini açıb ortadan ikiyə bölün. Rulet kimi büküb 5 sm enində hissələrə doğrayın. Digər yuxaları da bu cür doğrayın.



5 st. suya duz töküb toyuq ətini bişirin. Hazır olduqda əti çıxarın.



Doğradığınız yuxaları ocaqda qaynayan toyuq ətinin suyuna batırıb yağlanmış siniyə bir sıra düzün. Toyuq ətini didib bir qədərini yuxanın üzərinə düzün. Üzərinə təkrarən bulyona batırılmış yuxa düzün. Toyuq əti və qoz düzün. Ərzaqlar bitənədək prosesi təkrarlayın. Sonda 2 çömçə isti bulyon tökün. Qoz səpin, kərə yağı gəzdirin. İstəsəniz, sobada 5 dəqiqə bişirin.



Süfrəyə isti-isti verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!