Tortilya resepti

Tortilya resepti
Yeməklər
10.09.2017 23
Tərkibi:

Kartof – 280 q

Yumurta – 5 ədəd

Baş soğan – 140 q

Pomidor – 1 ədəd

Yaşıl noxud – 1 stəkan

Zeytun yağı – 3 xq

Duz və istiot – zövqə görə



Hazırlaması:

1. Kartofu soyub iki bərabər hissəyə böl və nazik-nazik doğra,duzla.

2. Soğanı soyub xırdala. İti bıçaq ilə pomidoru doğra. Tavaya 2 qaşıq zeytun yağı süzüb orta xodda qızdır.

3. Kartofları əlavə edib 5 dəqiqə ərzində qızart,bu zaman qarışdırmaq dayandırılmamalı. Soğanı da qatıb yaxşıca qarışdır. Tavaya qapaq örtüb az xodda bişir. Periodik olaraq qarışdır.

4. Yumurtaları qaba sındırıb çəngəl ilə qarışdır,yumurta-ağı sarısından ayrılmasın. Duz istiot qat.

5. Kartof-soğan hazır olduqda yumurta olan boşqaba tökülür ,ardınca da pomidor və yaşıl noxud. Qalmış bir qaşıq yağı tavaya töküb bir dəqiqə qızdır.

6. Qarışıq tavaya süzülür,ən aşağı xodda 15 dəqiqə bişirilir.

7. Omletin üzündəki bütün maye buxarlandıqda onu əks tərəfə çevir,daha 5 dəqiqə bişir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!