Qabaq ilə ədviyyatlı krem şorba resepti

Qabaq ilə ədviyyatlı krem şorba resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

2 porsiya üçün nəzərdə tutulub.

400 qr. qabaq

100-200 ml qaymaq

1 ç.q duz

0,25-0,5 ç.q kerri tozu

2-3 budaq şüyüd

15 qr. suxari



Hazırlanması:

Qabaqları yuyub uclarını kəsirik. Sürtgəcdən keçirdirik. Qabığını təmizləməyə ehtiyac yoxdur.

Sürtgəcdən keçirilmiş qabaqları bişəcək qaba tökürük. Su əlavə edirik. Əgər qabaqlar tərdirsə, su tökməyə ehtiyac yoxdur. Qabaqların üstü azacıq örtülməlidir. Qapağını bağlayıb qoyuruq mikrodalğalı sobaya gücü 850 olmalıdır. 5 dəqiqə bişirilir. Adi halda qazda da bişirmək olar. Qabaqlar bişməlidir. Sıyığa dönməməlidir.

İsti qabaqlara duz əlavə edilir və blenderlə əzilir.

Kermi tozu və qaymaq əlavə edilir.

Eyni qaydada qarışdırılır.

Şüyüdü doğrayırıq.

Şorbaya şüyüdü və suxarini əlavə edib süfrəyə veririk.

Şorbamız hazırdır.  



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!