Sac qovurma resepti

Sac qovurma resepti
Yeməklər
10.09.2017 223
Tərkibi:

Yumşaq quzu əti

təzə kartof

badımcan

pomidor

Acı şirin bibər

Kərə/quyruq yağı



Hazırlanması:

Əvvəlcə sacı yaxşı yuyub manqalın üstündə möhkəm qızdırırıq. Sonra piy ilə içini yağlayıb təmizləyirik. (Mis sac bu cürə təmizlənir)

Quyruğun yarısını ətlə birgə saca töküb duz istiot vurub tez tez qarışdırın. Altının istiliyini orta hərarətdə saxlayın. Ət suyunu ötürüb yığanda, yağa düşənə yaxın quyruğun digər yarsını və kərə yağını əlavə edin. Ətlər orta qızaranda yığın. Həmin yağa əvvəl kartofları, o qızrandan sonra kənara çəkib badımcanları, ən sonda pomidorları və bibərləri qızardın. Sonra hamsını gec bişəndən tez bişənə doğru sacın içindən kənarına doğru düzüb odda təxmini 15-20 dəqiqə bişirin. Duz və istiot tərəvəzlər yağda qızaranda üzərinə əlavə olunur.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!