Argentina mətbəxindən bir ləzzət: Empanada - FOTO RESEPT

Argentina mətbəxindən bir ləzzət: Empanada - FOTO RESEPT
Yeməklər
10.09.2017 6
Tərkibi:

Empanada içliyi üçün:


300 qr qiymə

1 baş soğan

2 diş sarımsaq

3 bibər

duz və qara istiot



Empanada xəmiri üçün:

5 stəkan un

1 yumurta (ağ və sarısı ayrılacaq)

1 paket maya

1/2 su stəkanı süd

100 qr marqarin

1/2 çay stəkanı duru yağ

1 ç.q duz



Qiyməli içliyin hazırlanması:

Soğanı, 2 diş sarımsağı, bibəri xırda-xırda  doğrayın. Doğradığınız ərzaqları tavaya qoyub, 1 yemək qaşığı duru yağ ilə sote edərək bişirin. Tavaya qiymə əlavə edərək bişirməyə davam edin. İstərsinizsə bir çimdik duz və qara bibər əlavə edə bilərsiniz.100 qr marqarini tavada isidərək yumşaldın.



Xəmirin hazırlanması:

5 stəkan unu geniş bir qaba tökün. 1 paket mayanı kiçik bir kasaya qoyub içinə üzərini örtəcək qədər ilıq su əlavə edin. Yumşaldaraq əzin.



Unun ortasını açın. İçinə ilıq su ilə yumşadılmış maya, tavada daha əvvəl istilədərək yumşaltdığınız marqarini (tavanın isti olmamasına diqqət yetirin), 1/2 çay stəkanı duru yağ, 1/2 su stəkanı süd, 1 yumurtanın ağı və bir çimdik duz əlavə edin. Hamısını qarışdırıb hazırladığınız xəmiri, stolun üzərinə qoyaraq əvvəl ikiyə ayirın. Sonra iki yerə ayırdığınız xəmiri kiçik, təxminən qoz böyüklüyündə parçalara bölün.



Kiçik parçaları dairəvi bir şəkildə açın. Açılan xəmirlərin içərisinə daha əvvəldən hazırlanan qiyməli içlikdən qoyub şəkildəki kimi bağlayın.



Soba qabının içərisini duru yağ ilə yağlayın. Çiy Empanadaları qaba düzün. Üzərinə 1 yumurtanın sarısını fırça ilə sürtün. Təxminən 30 dəq. mayalanması üçün gözləyin. 200 °C istilikdə əvvəlcədən qızdırılmış sobada təxminən 20 dəq bişirin.



Nuş olsun!





 

 

 

 

 

 

 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!