Çupe şorbası resepti

Çupe şorbası resepti
Yeməklər
10.09.2017 41
Çupe, yaxud çupi - inklərin hazırladığı bir şorba olub. Əsas ərzaqları kartof, süd və ət olub, digərləri isə regiondan asılı olaraq (ya da aşpaz əlinin altında nə taparsa) dəyişirmiş. Bu resept üzrə Argentinanın şimal-şərqində indiyədək xörək hazırlanır.



Tərkibi:

1 baş soğan

1 x.q. kərə yağı

6 kartof

1 l süd

2 banka qarğıdalı konservi (əslində isə 6 qarğıdalı)

200 q pendir

2 yumurtanın sarısı



Hazırlanması:

Soğanı xırda doğrayıb kərə yağında qovurun.



Kartofu kubik doğrayın, qazana qoyun, qovrulmuş soğanı əlavə edib üstünə çıxanadək qaynar su tökün. Orta itilikdə ocağın üstünə qoyun.



15 dəqiqə sonra qazana qaynar süd, qarğıdalı və kubik doğranmış pendir əlavə edin. Daha 5 dəqiqə bişirin.



Ocaqdan götürün, dayanmadan taxta qaşıqla qarışdıraraq yumurta sarılarını əlavə edin. Bir neçə dəqiqə də qarışdırın.



Süfrəyə verərkən üzərinə göyərti səpin.



(Təbii ki, inklər qarğıdalı konservi deyil, qarğıdalının özündən istifadə edirdilər. Yayda hazırlamaq fikriniz olsa, altı qarğıdalını 2-3 yerə bölüb, yaxud dənələyib şorbada bişirə bilərsiniz).

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!