Qabırğa buğlaması resepti

Qabırğa buğlaması resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

1 kq qoyun qabırğası

400 q soğan

8 pomidor

2-3 bolqar bibəri

1 diş sarımsaq

50 q ərinmiş yağ

duz

istiot

sarıkök

göy soğan, keşniş, reyhan, nanə, şüyüd



Hazırlanması:

Qabırğanın pərdəsini və üstündəki artıq piyi kəsib götürün. Hər qabırğanın üstündə bir qədər ət olmalıdır, onu bıçağın enli tərəfi ilə azca əzin. Duzlayıb-istiotlayın, üstünə ərinmiş kərə yağı tökün. 10-15 dəqiqə saxlayıb hər iki üzünü yaxşı qızdırılmış tavada qızardın. Qızılı rəng alanda tavadan çıxarıb bir qaba yığın.

Əti qovurduğunuz tavaya ərinmiş yağ töküb vam odda iri doğranmış soğanları şəffaf olanadək qovurun, sarıkök, göyərti əlavə edin, soğanın üstünə çıxana qədər qaynar su tökün.

Qabırğaları soğanın üstünə düzün, üstünə xırda pomidorları, sarımsağı - hamısı diri, doğranmamış və bolqar bibərini doğrayıb qoyun. Tavanın qapağını örtüb vam odda bişirin. Bunu saxsı qabda hazırlayaraq, ağzına folqa çəkib 180 dərəcə qızdırılmış sobada da 20-30 dəqiqə bişirə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!