Ananas dolması resepti

Ananas dolması resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

1 iri ananas

300 q mal əti

1 orta boy soğan

mayonez

pendir

duz

istiot

bitki yağı

ədviyyat



Hazırlanması:

Əti kubik, soğanı xırda doğrayın. Bitki yağını tavada qızdırın, əti əlavə edib qovurun, sona yaxın duz, istiot, sevdiyiniz ədviyyat vurub soğanı əlavə edin, yaxşıca qarışdırın.



Ananası uzununa ikiyə bölün. İçini səliqə ilə çıxarın (qabığı deşilib xarab olmasın). Ananasın lətini kubik doğrayın. Qabığının içinə əti döşəyin, üzərinə mayonez çəkin. Ananas lətini döşəyin, mayonez çəkin, sürtgəcin orta gözündən keçirilmiş pendir səpin. Ananasın "quyruğu"na folqa sarıyın ki, yanmasın.



220 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!