Biriyani resepti

Biriyani resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:

Toyuq

Düyü

Zəncəfil

Sarımsaq

Karri

Şirin paprika

Çili istiotu (üyüdülmüş)

Qatıq

Pomidor (və ya tomat pastası)

Soğan



Hazırlanması:

Toyuğu 12-16 tikəyə doğrayın.



Zəncəfili sürtgəcdən keçirin, sarımsaq əzib qatın.

 

Şirin paprika, acı, üyüdülmüş çili qarışığını elə nisbətdə götürün ki, diliniz yansa da paprikanın dadını hiss edə biləsiniz. Sarımsaqla zəncəfilə də heyfiniz gəlməsin - bişəndə onların acı dadı azalacaq, xörəyin ətri isə sizi valeh edəcək.



Qatıq, pomidor (yaxud tomat pastası), karri, duz, sarımsaqlı zəncəfili eynicinsli qatı kütlə alınanadək qarışdırın.  



Əgər qatıq və ya tomat pastası çox turşdursa, azacıq su və şəkər tozu əlavə edə bilərsiniz. İstənilən halda, bu qarışığın dadına baxın, bəyəndiyiniz inqredientin qədərini artırın.

 

Bu pastanı toyuq ətinə çəkin, bir qaba yığın, sərin yerdə ən azı 4-8 saat saxlayın ki, toyuq ədviyyatı hopdursun.  



Vam odda ərinmiş yağla soğanı qovurun. Yağın dadlanması üçün bir neçə mixək əlavə edin. Bir az qovrulandan sonra mixəyi çıxarın.



Marinə etdiyiniz toyuq ətini sousu ilə birlikdə soğanın üstünə düzün. Ocağı bir az da azaldın, qapağını örtüb 7-8 dəqiqə bişməsini gözləyin, sonra toyuq tikələrini çevirin.  



Qapağı açın, içindəkinin bir qədər soyumasını, yağın üzə çıxmasını gözləyin.



Bu, vacib andır. Gərək düyü öncə sousa deyil, ətirlənmiş yağa batsın.



Ayrı qazanda su qaynadın. Basmati düyüsünü tökün. 2 dəqiqə sonra düyünün təxminən dörddə birini götürüb toyuq olan qazana tökün.



Biriyaninin müəllifi olan hindlilər bu halda bütün düyünü tökərdilər, biz isə başqa cür edəcəyik.



İş burasındadır ki, bişmiş düyü sousa düşəndə daha çox bişəcək, dən-dən durmayacaq. Buna görə də düyünü hissə-hissə, tam bişməmiş əlavə etmək lazımdır. Buna görə də hissə-hissə düyüdən süzüb toyuğun üzərinə təpələmə yığın - yəni, çiy - yarımçiy - bişmiş düyü.  



Hətta bir kənarda 30-40 dəqiqə müddətində bişirilmiş qara düyü ilə basmatini növbə ilə lay-lay düzə bilərsiniz.



Adətən, düyü üçün ən yaxşı ədviyyat zəfərandır. Amma ona uyğun gələn bir ərzaq da var - qara düyü.

 Qara düyü - dietoloqlarla ədabaz aşpazların sevimlisidir. Onu çox vaxt salatlara qatırlar, çünki doğrusu, bişirməyi bacarmırlar.

Qara düyü adi düyüdən daha gec bişir. Ona görə onu qazana birinci salmaq, üstündən 30 dəqiqə keçəndən sonra adi düyünü əlavə etmək olar. Süzəndə isə iki növ düyü eyni qaydada qarışmış olur, həm dadı gözəl olur, həm rəngi. Üstəlik, qara düyü adidən bir az diri olur.



Amma bəzən qara düyü suyu qaraldır, bu zaman onu ayrıca qaynatmaq, dəmə qoyanda ağ düyü ilə qarışdırmaq lazımdır.



Biriyani qazanını 30-40 dəqiqəyə dəmə qoyun.



Hazır olandan sonra üst qatdakı ağ düyüdən götürüb kənara qoyun. Altdakı düyü sarı və qırmızının müxtəlif çalarlarında olacaq. Keşnişi (ya da sevdiyiniz başqa göyərtini) doğrayıb qatın. Rəngli, bəyaz düyünü, toyuq tikələrini buluda çəkin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!