Ətli qızılgül piroqu resepti

Ətli qızılgül piroqu resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:  

4 toyuq filesi  

3 yerkökü 300 q göbələk

1 baş soğan  

100 ml qaymaq

300 q pendir

1 limonun şirəsi  

25 q muskat cevizi duz istiot  



Hazırlanması:

Toyuq ətini nazik şəridlərə doğrayın, dərin qaba yığın.  Limon şirəsi, duz, istiot, üyüdülmüş muskat cevizini qarışdırın, toyuğun üzərinə əlavə edib bir müddət saxlayın.  Yerkökünü qaynadın.  Soğanı xırda doğrayın.  Göbələyi yuyub doğrayın. Hazır doğranmış göbələkdən də istifadə edə bilərsiniz.  Soğanı bitki yağında qovurun.  Göbələyi əlavə edib qovurun.  Qaymaq əlavə edin.  Qarışdırıb tavanın qapağını örtün, bişirin.  20 sm diametrli formanı bitki yağıyla yağlayın.  Ət tikələrini formanın dibinə və kənarlarına döşəyin.  Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.  Soyumuş göbələyi döşəyin.  Yerkökünü sürtgəcin iri gözündən keçirin.  Göbələyin üstündən yerkökünü döşəyin.  Ətin qalanını spiral formasında döşəyin.  200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Piroqun şirəsi çox olacaq, ona görə 30 dəqiqə sonra bu şirəni süzün.  Ət tikələrinin birləşdiyi yerlərə pendir səpin.  Yenidən sobaya qoyun. Pendir əriyib qızarandan sonra çıxarın. 10 dəqiqə formada saxlayın. Sonra buluda çəkin.  Süfrəyə kartof püresi ilə verə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!