Solyanka resepti

Solyanka resepti
Yeməklər
10.09.2017 12
Tərkibi (4-litrlik qazan üçün):

700 q mal əti

təxminən 1 kq bir neçə növ kolbasa, yaxud hisə verilmiş ət məhsulu (delikates)

150 q yerkökü

150 q soğan

200 q duzlu xiyar (və ya marinad)

5 x.q. tomat pastası

3 x.q. kapers

qara istiot

3-4 dəfnə yarpağı

bitki yağı

limon

göyərti

zeytun (zövqə görə)



Hazırlanması:

Mal ətini kəfini yığmaqla iti olmayan odda, qazanın qapağını örtərək 1,5 saat qaynadın. Çıxarıb soyudun, doğrayın. Soğanı xırdalayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Xiyarı kubik, yaxud saman kimi doğrayın.

Delikatesi (məsələn, servelat, ovçu kolbasası, sosiska və s.) ya kubik, ya da saman kimi doğrayın. Bitki yağında azacıq qızardın. Ayrı tavada soğanı bitki yağında qızardın. Kökü əlavə edin, bir az qızartdıqdan sonra duzlu xiyarı əlavə edib 2-3 dəqiqə qızardın. Tomat pastası əlavə edib tavanın qapağını örtün, 5-7 dəqiqə vam odda bişirin. Əgər pasta çox qatıdırsa, azacıq su əlavə edə bilərsiniz.

Bulyonu ocağa qoyun, qaynara düşəndə doğrayıb qızartdığınız delikatesi, sonra isə mal ətini əlavə edib 5-7 dəqiqə qaynadın. Kapersləri (ənginara oxşayan bitkidir, çox zaman duzlu suda konservləşdirilir), sonra isə qızardılmış soğan, kök və xiyarı əlavə edin.

0,5 stəkan duzlu xiyarın, yaxud da zeytunun suyunu qazana tökün. Daha 5-7 dəqiqə qaynadın. Dəfnə yarpağı, istiot, göyərti tökün. Lazım gələrsə, duzlayın. Qazanın qapağını örtüb 15-20 dəqiqə dəm almasını gözləyin. Sonra dəfnə yarpağını çıxarın.

Boşqaba çəkəndə hər boşqaba bir limon dilimi və doğranmış zeytun əlavə edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!