Göbələkli səbət makaron resepti

Göbələkli səbət makaron resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:

Xarici Üçün


Yarım Paket Spagetti makaron

Marqarin(kərə yağı)

 

İçi Üçün

Yarım paket makaron

300 qr göbələk

Kərəyağı

2 yemək qaşığı un

1  stəkan süd

Kəklik otu

Qara istiot



Hazırlanması:

Əvvəlcə spagetti makaron qaynadılıb soyumağa buraxılar.

Sobaya dayanıqlı şüşə qab marqarin ilə yağlanır.

Soyuducuda 10 dəqiqə gözlədilər. (donması üçün)

Soyuyan makaron qabın tam ortasından başlanaraq düzülər. (yumru şəkildə)

Bu şəkildə bütün qab makaron ilə qabanıb yenidən soyuducuya qoyulur.

İç vəsait üçün yarım paket makaron qaynadılıb süzülər.

Göbələklər doğranıb çox az maye yağ və kəklik otu  ilə qovrulur.

Ayrı bir qazanda kərəyağı ilə un qovrular.

Az-az süd əlavə edilərək, sous bişirilər.

İstiot və duz əlavə olunub, ocaqdan alınar.

Qovrulan göbələklərlə sous qarışdırılıb, makarona əlavə edilir.

Soyuducuda gözlədilən soba qabının içinə souslu makaron yavaşca yerləşdirilər.

Üstünə də qabın alt qarına düzüldüyü kimi, ortadan başlayaraq makaron düzülüb bağlanılar.

180 dərəcədə altı qızarana qədər bişirilər.

Böyük bir serviz qabına tərs çevrilərək xidmət edilər.

Diləsəniz sobaya dayanıqlı kiçik qablara kiçik porsiyonlarla da  hazırlaya bilərsiniz.





Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!