Balıq şorbası resepti

Balıq şorbası resepti
Yeməklər
10.09.2017 13
Tərkibi (4 litrlik qazan üçün):

1 kq balıq (istənilən, məsələn, suf balığı)

800 q kartof

150 q yerkökü

150 q soğan

cəfəri və ya kərəviz

5-7 ədəd qara dənəvər istiot

3-4 ədəd dəfnə yarpağı

duz

istiot

göyərti



Hazırlanması:

Balığı təmizləyin. Başını və quyruğunu kəsib üzərinə su tökün, 25-30 dəqiqə qaynadın. Sonra onları çıxarın (şorba üçün onlar gərək olmayacaq, amma istəyən saxlaya bilər). Bulyonu süzün.

Balığı doğrayın. Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Kartofu kubik doğrayın.

Qaynayan bulyona kartofu əlavə edin, duz, istiot vurun. Qaynamağa başlayanda balığı əlavə edin. 15 dəqiqə qaynadın. Əvvəl yerkökünü, sonra soğanı əlavə edin (yerkökü və soğanı əvvəlcədən qovura da bilərsiniz). 5-7 dəqiqə qaynadın.

Dəfnə yarpağı, cəfərinin köklərini və yaxud kərəviz, qara dənəvər istiot əlavə edin. 25-30 dəqiqə dəmdə saxlayın.

Süfrəyə verərkən üzərinə xırda doğranmış göyərti səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!