Quzu küftəsi resepti

Quzu küftəsi resepti
Yeməklər
10.09.2017 42
Tərkibi:

Sümüksüz quzu əti-1 kq

Baş soğan- 4-5 ədəd

Yumurta-3 ədəd

Ərinmiş kərə yağı- 250qr

Zirinc-200qr

Sirkə,duz,istiot, cəfəri   zövqə görə

 

Hazırlanması:

Quzu  ətini duz və istiotlayıb üzərinə bir qədər sirkə çilədikdən sonra 3-4 saatlığa soyuducuya qoyuruq.

Sonra əti çıxarıb çəkir,üzərinə çiy yumurta əlavə edib qarışdırırıq.

Alınan qarışıqdan orta ölçülü küftələr hazırlayırıq. Küftələri bitki yağında qızardırıq.

Qızartmanı başa çatdırdıqdan sonra küftələri tavadan çıxarıb, elə həmin yağda 20-25 dəqiqə ərzində zirinci pörtlədirik.

Zirincin üzərinə xırda doğranmış baş soğanı əlavə edib daha 10 dəqiqə pörtlədirik. Küftələri süfrəyə verərkən onları soğanlı zirinclə bəzəyirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!