Ətli nar qovurması resepti

Ətli nar qovurması resepti
Yeməklər
10.09.2017 24
Tərkibi:

1 kq xırda doğranmış qoyun və ya mal əti

3 ədəd soğan

3-4 xörək qaşığı əridilmiş kərə yağı

500 qr təmizlənmiş şabalıd

2 ədəd nar (dənələyin)

Duz

İstiot

Zəfəran



Hazırlanması:

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq. Narı dənələyirik. Əti yuduqdan sonra hazır olanadək suda bişirin. Ətin suyu qaynamağa başlayanda  kəfini yığın. Duz əlavə edin. Bişdikdə ocaqdan götürüb kənara qoyun.



Soğanın qabığını soyub, yuduqdan sonra dörd yerə bölərək xırda-xırda doğrayın. Doğranmış soğanın üstünə yağ, duz əlavə edib soğan qızarana kimi qovurun.

Soğan qovrulduqdan sonra əti suyundan çıxarıb, soğanın üzərinə əlavə edib 5-10 dəqiqə soğanla qovurun.



Təmizlənmiş şabalıdı üzərinə əlavə edin. Zövqə görə duz və istiot əlavə edin. Dəmlənmiş zəfəran suyunu yeməyə əlavə edin.



Ətin suyundan azca əlavə edib, vam odda dəm almağa qoyun.



Suyu çəkildikdən sonra götürün.  Narlı ət qovurması hazır olduqda dənələnmiş narı yeməyə əlavə edib isti-isti süfrəyə verin.

Narlı ət qovurması süfrəyə tək və ya dəmlənmiş düyü ilə verilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!