Çox dadlı mərciməkli şorba resepti

Çox dadlı mərciməkli şorba resepti
Yeməklər
10.09.2017 3
Tərkibi:

¾ stəkan yaşıl mərcimək

½ stəkan aş üçün bulgur

1 ədəd soğan(arzu edilərsə)

5-6 stəkan ət suyu ya da su

2 yemək qaşığı kərə yağı

1 yemək qaşığı zeytunyağı

1 çay qaşığı tomat pastası

Nanə, reyhan göyərti

Duz, istiot



Hazırlanması:

1.Öncə yaşıl mərciməyi alıb üzərini 3 barmaq keçəcək qədər su əlavə edin. İncə doğranmış soğanı əlavə edin. Merciməklər yumuşayıncaya qədər bişirin.

2.Merciməklərin bişməsinə yaxın bulguru əlavə edib 8-10 dəqiqə bulgurlar bişənədək qaynadın . Daha sonra ət suyu və ya isti su əlavə edin.

3.Kərə yağını tavada əridib zeytun yağını əlavə edin. Tomat pastasını yağda qavurun. İstiot və quru nanəni tavaya əlavə edin. Qaynamaqda olan şorbaya yağını əlavə edin. Nanə, göyərti və reyhanı şorbaya ataraq 5-10 deqiqe gözləyin.



Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!