Noxudlu-qiyməli şorba resepti

Noxudlu-qiyməli şorba resepti
Yeməklər
10.09.2017 6
Misilsiz ləzzətlərdən biri. Ailə içi yeməklərdə ön yemək olaraq hazırlaya bilərsiniz. Yanında qızardılmış çörək dilimləri ilə servis edə bilərsiniz.

6 nəfərlik Bişmə müddəti 20-25 dəqiqə



Tərkibi:

200 qr. Az yağlı qiymə

1 stəkan qaynadılmış və qabıqları çıxardılmış noxud

1 ovuc cəfəri yarpağı

3 diş sarımsaq

2 baş quru soğan

10 stəkan su

2 stəkan qatıq

2 xörək qaşığı duru yağ

1 xörək qaşığı tomat

1 çay qaşığı quru nanə

bir miqdar un

yarım çay qaşığı qırmızı pul bibər

duz

qara bibər



Hazırlanması:

Gecədən noxudu suya qoyun. Sonra tam bişmədən qaynadın. Qabıqlarmı təmizləyin. Qiymə, duz, qara bibər, incə doğranan cəfərini yaxşıca yoğurun, fındıq böyüklüyündə yuvarlayıb unlaym (un qiymənin hər tərəfinə yayılmalıdır). İncə doğranan soğanı 1 xörək qaşığı yağla rəngi itənə qədər qovurun. Duz, tomat və 10 stəkan su əlavə edib qaynadın. Qaynadıqdan sonra topları və öncədən hazırladığınız noxudu əlavə edin. Bu arada bir kənarda sarımsaqlı qatıq hazırlayın (sarımsaqları yaxşıca döyün ki, şorbada diri qalmasın). Sarımsaqlı qatığı qiymə topları bişdikdən sonra şorbaya əlavə edin və qazanı ocaqdan alın. Ardınca şorbanın sousunu hazırlamaq üçün, kiçik tavada bir xörək qaşığı yağla pul bibəri və quru nanəni qovurun, şorbaya əlavə edin. Noxudlu - qiyməli şorbanız ləzzətli dadıyla servisə hazırdır.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!