Plovlu cücə dolması resepti

Plovlu cücə dolması resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

1 ədəd sobada qızarmış bütün toyuq

500 qr düyü

125 qr kərə yağı və ya marqarin

4 və ya 5 stəkan ət suyu və ya normal qaynanmış su

80 qr dolma fıstığı

80 qr quş üzümü

200 qr incə küp şəklində doğranmış quzu ciyəri

yarım dəstə incə doğranmış şüyüd

duz qara bibər

2 ədəd incə küp şəklində doğranmış quru soğan

 

Hazırlanması:

Düyünün daşlarını çıxarıb və bir qabın içinə qoyub içinə bir ovuc duz atın.

İlıq suda 15 dəqiqə gözlədin.

Qazanı ocağın üzərinə qoyun.

İçinə yağı qoyun və ocağı yandırın.

80 qr dolma fındığını əlavə edərək qızarana qədər qovurun.

Sonra soğanı əlavə edin və qızarana qədər qovurun və ciyəri əlavə edin.

Ciyər qovrulduqdan sonra düyünü yuyub süzdürün.

Eyni qazana qoyub 5 dəqiqə qovurun.

Daha sonra duzu, qara bibəri və şüyüd əlavə edərək bir dəqiqə qovurun və suyun hamısını , quş üzümü əlavə edərək bir dəfə də qaynatdıqdan sonra ocağın altını yavaş yavaş almağa başlayın.

Bişdikdən sonra dərəotunu əlavə edərək qarışdırın.

Toyuğu sobada qızardıb içini plovla doldurun.

Təkrar sobaya qoyaraq 180 dərəcədə 5 dəqiqə bişirdikdən sonra süfrəyə təqdim edə bilərsiniz.

 

Nuş Olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!