Lobya çığırtması resepti

Lobya çığırtması resepti
Yeməklər
10.09.2017 27
Tərkibi:

1 kilo yaşıl lobya –  5 sm uzunluqda doğrayın

Təxminən 6 xörək qaşığı duru yağ və ya kərə yağı  

2 ədəd baş soğan – xırda-xırda doğrayın

2 ədəd pomidor – qabığını soyub xırda-xırda doğrayın

1 stəkan xırda-xırda doğranmış reyhan

Zövqə görə duz, istiot

4 ədəd yumurta



Hazırlanması:

Əvvəlcə lobyanı su doldurulmuş qazana tökün, qaynadın, tam bişmədən süzün. Sonra ya elə olduğu kimi qoyun qalsın, ya da stəkanın dibiylə lobyanı bir az əzin, çox deyil.



Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək bişirin.



Yumurtaları bir kasaya qırıb qarışdırın. Sonra lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!