Sarımsaq sousunda alabalıq resepti

Sarımsaq sousunda alabalıq resepti
Yeməklər
10.09.2017 37
Tərkibi:
Kartof - 6 ədəd
Qaymaq - 250 ml.
Sarımsaq - 2 diş  
Un 1-2 xörək qaşığı
Yerkökü - 1 ədəd
Soğan - 1 ədəd baş  
Alabalıq - 4 tikə
Kərə və bitki yağları  
Ədviyyat zövqə görə
Hazırlanması:  
Kərə yağını əridin, bir neçə dəqiqə sonra üzərinə xırda doğranmış sarımsaq əlavə edin. Bir xörək qaşığı un əlavə edib və yüngülcə qovurun. Qaymaq əlavə edərək davamlı olaraq  qarışdırın.   Sous qatılaşanda bir balaca qaynadılmış su və ədviyyat əlavə edin: Duz, dəfnə yarpağı və bibər qarışığını da unutmayın.   Daha sonra soğanı sürtgəcdən keçirilmiş köklə qızardın.   Kartofu halqa formasında doğrayın, soba tavasına qoyun, duz, istiot və bir qədər bitki yağı əlavə edin. Kartofun üzərindən yüngülcə duzlanmış balığı düzün. Balığın üzərindən soğanlı kök kütləsini yığın. Bunun üzərindən isə sarımsaq sousunu səpin..   180 dərəcə temperaturda 40-45 dəqiqə qızardın.
 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!