Kringla resepti

Kringla resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

3/4 su stəkanı şəkər tozu

1/2 fincan sana yağı

3/4 su stəkanı süd

2 ədəd yumurta sarısı

1 paket qabartma tozu

1 paket vanil

3 su stəkanı un

Pudra şəkəri (bəzək üçün)



Hazırlanması:

Yumurta və şəkər tozunu mikserlə çırpın, yağ və süd qatıb qarışdırın. Digər tərəfdə vanil, duz, qabartma tozu və unu qarışdırıb duru qarışığa əlavə edin.Yaxşıca yoğurun, ələ yapışmayan yumşaq xəmir əldə edin. Xəmiri soyuducuda bir neçə saat saxlayın. Sonra xəmiri soyuducudan alıb bir də təkrar yoğurun. Qoz böyüklüyündə parçalar qoparıb 30 sm uzunluğunda silindrik formaya salın. Şəkildəki kimi kringla formasını verib soba tavasına düzün. Qabardığı üçün bir az aralı yerləşdirin. Mümkün olduğu qədər incə və balaca hazırlamağa çalışın.



Əvvəlcədən qızdırılmış sobada 180°-də 10-15 dəq. bişirin. Soyuduqdan sonra üzərinə pudra şəkəri səpin. Artıq "Kringla” hazırdır.



 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!