Pendirli sous resepti

Pendirli sous resepti
Yeməklər
10.09.2017 10
Tərkibi:

2 ədəd soğan

3-4 diş sarımsaq

2-3 x/q tomat pastası

Bir qədər zəncəfil

350 q 20%-lik qaymaq

350 q yağlı ağ pendir

2 ç/q keşniş toxumunun tozu

1 ç/q hil tozu

4 ç/q ədviyyatlı yağ

0,5 ç/q qırmızı pul bibər

Duz

İstiot

(Ədviyyatlar zövqə görə götürülə bilər. Hind mətbəxində acılı ədviyyatlardan istifadə edildiyi üçün ədviyyatların acılığı mütləqdir)



Hazırlanması:

Soğan və sarımsaq xırda-xırda doğranır. Zəncəfil sürtkəcdən keçirilir.

Soğan yağda qovrulur.

Üzərinə zəncəfil və sarımsaq əlavə edib, bir yerdə qızardılır.

Qızılı rəngdə olanda üzərinə ədviyyatlar əlavə edilib qarışdırılır.

Üzərinə tomat pastası və qaymaq əlavə edilib qarışdırılır.

Bir qdər sonra isə üzərinə doğranmış pendir əlavə edilib, ehmalca qarışdırılır. Qapağını bağlayıb, qazı söndürürük

Zövqünüzə uyğun yeməklə süfrəyə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!