Cırbır resepti

Cırbır resepti
Yeməklər
10.09.2017 30
Tərkibi:

1 ədəd heyva,

1 baş soğan,

2x.q duru yağı(günəbaxan),

100 qr qoz ləpəsi,

2 x.q quru nanə,

2 ədəd şirin alma,

1 stəkan bişmiş tum paxla,

2 ədəd orta irilikdə kartof,

sarıkök,

duz



Hazırlanması:

Əvvəlcə soğanı doğrayıb yağda qovururuq, üzərinə bişmiş paxlanı əlavə edirik.

Alma, kartof və heyvanı xırda-xırda doğrayırıq.

Paxlanın üzərinə əlavə edirik.

Azca qovurub üzərinə çıxana qədər su əlavə edirik.

Ayrıca qozu doğrayıb, nanə ilə hazır saxlayırıq.

Kartofu bişdikdən sonra qozu da əlavə edirik.

Hamısı bişdikdən sonra duzu və nanəni də əlavə edib ocaqdan götürürük. Cırbırımız hazırdı.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!