Paxlalı cənub plovu resepti

Paxlalı cənub plovu resepti
Yeməklər
10.09.2017 60
Tərkibinə daxil olan ərzaqlar və hazırlanma qaydası.



0,5 kq düyü götürülür,yuyulub yarım saatlıq islağa qoyulur.Paxla təmizlənir.Onu da deyim ki,bu paxla ancaq cənub zonasında əkilir.Görünüşcə lobyanı xatırladır,amma özü də, içindəki dəni də lobyadan böyük olur.



Paxlanı təmizləmək dedikdə əvvəl içindəki dən çıxarılır,sonra isə o dənlər bir-bir qabığından təmizlənir- buna cənub zonasında paxla qınlanır deyilir.Yarım kq düyü ücün belə deyim,bir böyük kasa qınlanmış paxla və 3 dəstə şüyüd ,yarım kq quyruqlu, yağlı ,soğanla cəkilmiş qoyun əti götürülür.

 

Plovun suyu qaynamağa başlayanda düyü ilə birgə paxla qazana tökülür, adi qaydada duz əlavə edilir.Adi plovu necə qaynadıb süzürüksə bunu da elə süzürük.Doğranmış şüyüdü süzgəcdəki süzülmüş düyüyə əlavə edirik.Şüyüdü düyü və paxla ilə birgə qaynayan suya da tökmək olar, amma belə daha ətrini və vitaminini saxlamış olur.

Qazanin dibinə azacıq süzgəcdəki paxla, düyü, şüyüdlü qarışıqdan töküb kərə yağı ilə qarışdırırılır.Kərə yağı da yüz qram olsa bəs edər.Sonra bu qarışıqın üzərinə soğanla çəkilmiş qoyun ətini duzlayıb ,istiotlayıb bütöv katlet şəklində qazqnın dibinə yığırıq.



Bundan sonra yavaşca süzgəcdən qarışıq qazana tökülür və sonda adi qaydada yağlanır və dəmə qoyulur.Bir saat vam odda dəm alır.Süfrəyə qatıqla verilsə daha yaxşıdır.Bu yemək bişirilən gün yeyilsə daha məsləhətdir.

Zövqə görə bu plovu quru ya duzlu balıqla da yemək olar.

Qeyd edim ki bu yemək ancaq may ayında bişirilir.Cünki paxlanın ömrü cox azdır.

Siz də bu gözəl cənub yeməyini bişirməyə tələsin.Əminəm ki, bir dəfə bişirsəniz bu yemək ömürlük mətbəxinizin menyusunda olacaq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!